
Təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama matçını keçirəcək.
Sportnet.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv səfərdə Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Baranoviçi şəhər stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qarşılaşma "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.