
"Şamaxı" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az "şirlər"in rəsmi saytına istinadən xəbər verir ki, Murad Vəliyevlə müqavilə uzadılmayıb.
Anlaşma şərtlərinə əsasən, ayrılıq klubun istəyi ilə gerçəkləşib.
Vəliyevə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.