
Azərbaycan milli komandası Macarıstanla yoldaşlıq görüşünə futbolçu itkisi ilə çıxacaq.
Sportnet.az-ın xəbərinə görə, bu barədə yığmanın baş məşqçisi Fernandu Santuş bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Portuqaliyalı mütəxəssis bildirib ki, Elvin Bədəlov zədə üzündən sabahkı matçı buraxmalı olacaq. 30 yaşlı mərkəz müdafiəçisi iyunun 7-də səfərdə Latviya yığmasına qarşı yoldaşlıq görüşünün 77-ci dəqiqədə ayağından xəsarət alaraq, əvəzlənib. Bu görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Qeyd edək ki, iyunun 10-da “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Macarıstan oyunu saat 20:00-da başlanacaq.