
"Turan Tovuz"un futbolçusu Sadiq Şəfiyev karyerasını Avropada davam etdirə bilər.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı hücumçu Litvanın "Daynava" klubundan təklif alıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvünün təklifə müsbət cavab verəcəyi gözlənilir.
"Turan Tovuz"un idman direktoru Səməd Nəsibov Sportnet.az-a açıqlamasında məlumatı təsdiqləyib: "Sadiq Şəfiyevə görə xarici klublardan rəsmi təklif almışıq. Komandadan ayrılan futbolçular çoxluq təşkil etdiyinə görə qərar verməyə tələsmirik".
"Daynava" hazırda davam edən Litva çempionatında sonuncu - 10-cu pillədə qərarlaşıb. Alitus təmsilçisi 14 turdan sonra 3 xal toplaya bilib. Komanda ötən mövsümü 4-cü sırada bitirib.
Qeyd edək ki, Sadiq Şəfiyev son mövsümü icarə əsasında "Kəpəz"də keçirib. O, 14 oyunda iştirak edib.