
“Zirə” klubu 2 futbolçusu ilə müqavilə müddətini uzadıb.
Sportnet.az "qartallar"ın rəsmi saytına istinadən xəbər verir ki, Anar Nəzirovla 1 illik yeni müqavilə bağlanılıb.
Həmçinin İsmayıl İbrahimli də komandaya transfer olub. Son iki mövsümü icarə əsasında “Zirə”də keçirən yarımmüdafiəçiylə 2 illik müqavilə imzalanıb.