
"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası “Sozopol Cup 2025” turnirinin qalibi olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bolqarıstanda təşkil olunan yarışın bu gün keçirilən final matçında rəqib “Burqas” olub.
Ağdam təmsilçisi Kamil Bədirxanlı və Zəfər İbrahimin qolları ilə qələbə qazanıb - 2:0.
Nəticədə "Qarabağ" turnirin qalibi kimi kuboka sahib çıxıb.
Qeyd edək ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplayan Azərbaycan komandası yarımfinalda “Levski”ni məğlub edib – 0:0, pen. 4:3.