
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi Albaniyanın "Eqnatiya" klubu yeni transferini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Roqojina şəhər təmsilçisi Ermənistanın "Ararat-Armeniya" komandasından Misak Akopyanı heyətinə qatıb.
21 yaşlı hücumçu növbəti mövsümü icarə əsasında "Eqnatiya"da keçirəcək.
Akopyan son iki mövsümdə icarə əsasında İrəvanın MOİK komandasında olub. O, 21 yaşadək futbolçulardan ibarət Ermənistan yığmasının kapitanıdır.
Qeyd edək ki, Zamiq Əliyev 2024-cü ilin yayından "Eqnatiya"nın şərəfini qoruyur.