
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” futbolçu Çarles Boli ilə anlaşıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan sag cinah yarımmüdafiəçisi ilə müqavilənin müddəti 1 illikdir.
O, karyersı ərzində Fransanın “Lans”, “Po”, “Paris”, eləcə də İtaliyanın “Viçentsa” klublarında çıxış edib. Son mövsümü Kiprin “Apollon” (Limasol) komandasında keçirən 26 yaşlı futbolçu 23 matçda meydana çıxıb.