
“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskasın köməkçilərindən biri müəyyənləşib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, 48 yaşlı mütəxəssisə italiyalı Valerio Zuddas kömək edəcək.
İtaliya millisi və bir sıra Avropa klublarında çalışmış 37 yaşlı mütəxəssis fiziki hazırlıq üzrə məşqçi olacaq.
Qeyd edək ki, Valerio Zuddas son iş yeri olan Macarıstanın “Dyoşdyör” klubundan fevralda ayrılıb. O, karyerası ərzində “Partizan” (Serbiya), “Şerif” (Moldova), “Hibernian” (Şotlandiya), “Hayduk Split” (Xorvatiya), “Pafos” (Yunanıstan), “Recina” (İtaliya), “Lupa Roma” (İtaliya), “UTA Arad” (Rumıniya) və “Kolxeti-1913” (Gürcüstan) kimi komandalarda işləyib.