
Almaniyanın "Leypsiq" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Ole Verner təyin olunub.
Ötən mövsüm "Verder"ə rəhbərlik edən 37 yaşlı mütəxəssis yeni komandası ilə iki illik müqavilə imzalayıb.
O, istefaya göndərilən Jolt Levi əvəzləyib.
Qeyd edək ki, Ole Verner son mövsümü "Verder"lə Bundesliqada 8-ci pillədə başa vurmuşdu.