
"Kəpəz" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az Gəncə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Tural Rzayev ilə müqavilənin vaxtı bitib.
Onunla sözləşmə yenilənməyib.
Gəncə futbol məktəbinin yetirməsi olan Rzayev komandada 2015/2016 mövsümündə debüt edib. O, "sarı-göylər"in heyətində 6 mövsüm keçirib, bu müddətdə 122 oyuna çıxıb və 1 qol vurub.