
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" klubu iki futbolçu ilə müqaviləni yeniləyib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, ötən mövsümdən Gəncə təmsilçisində çıxış edən Mahamadu Ba və Paçu Lira ilə iki illik anlaşma imzalanıb.
Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda məhsuldar ötürmə edib. Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.