
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Sportnet.az-ın məlumatına görə, müdafiəçi Rahil Məmmədov Ukrayna yığması ilə oyunöncəsi son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.
Daha əvvəl baş məşqçi Ayxan Abbasov İsmayıl İbrahimlinin zədə, Ceyhun Nuriyevin xəstəliyi, Renat Dadaşovun isə tam hazır olmaması səbəbindən "23-lük"dən kənar qalacağını bildirib.
Qeyd edək ki, Azərbaycan millisi Ukrayna ilə oktyabrın 13-də Krakov şəhərindəki "Krakoviya" stadionunda üz-üzə gələcək.