
Azərbaycanlı FİFA referisi Elçin Məsiyev növbəti beynəlxalq təyinat alıb.
Sportnet.az AFFA-nın rəsmi saytının məlumatına istinadən xəbər verir ki, Məsiyev UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda keçiriləcək “Genk” (Belçika) – “Betis” (İspaniya) matçını idarə edəcək.
Ona laynsmanlar Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Görüşün VAR hakimi almaniyalı Robert Şröder, AVAR hakimi isə azərbaycanlı Nicat İsmayıllı olacaq.
Qarşılaşma oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda baş tutacaq.