Azərbaycanın futzal üzrə FİFA referisi Hikmət Qafarlı da növbəti təyinatını alıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Qafarlı bu dəfə B qrupunda keçiriləcək Ukrayna – Litva oyununun birinci hakimi olacaq.
Ona İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək edəcəklər. H. Qafarlının idarə edəcəyi görüş yanvarın 25-də, saat 19:00-da, 17500 azarkeş tutumu olan Kaunasdakı “Jalgiris Arena”da keçiriləcək.
Qeyd edək ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutmuş Ermənistan – Ukrayna görüşünə olmuşdu. Timekeeper kimi iş başında olan H. Qafarlı bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxacaq.
















































































