
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyununda üz-üzə gəlib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Bayıl stadionunda keçirilmiş qarşılaşma yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab avtoqolla açılıb. Növbəti qolları İlkin Sadıqov və Roman Hüseynov vurub.
Qeyd edək ki, bu komandalar arasında avqustun 5-də keçirilmiş yoldaşlıq oyunu yığmamızın 4:1 hesablı qələbəsi ilə başa çatmışdı.