Yaponiyada keçirilən klublararası dünya çempionatında ilk yarımfinalçı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Çinin "Quançjou Everqrand" klubu 1/4 finalda Meksika "Amerika"sını üstələyib - 2:1.
Osakadakı Naqay stadionunda keçirilmiş görüşdə hesabı 55-cii dəqiqədə Oribe Peralta açıb. Lakin 80-ci dəqiqədə Çjen Lun asiyalıların bərabərlik, 90+3-cü dəqiqədə isə Paulinyo qələbə topunu vurub.
Yarımfinalda rəqib İspaniya "Barselona"sı olacaq. Görüş dekabrın 17-də keçiriləcək.
Digər 1/4 final matçında Konqo Demokratik Respublikasının "Mazembe" komandası ilə Yaponiya "Sanfreççe Hirosima"sı üz-üzə gələcək. Bu görüşün qalibi yarımfinalda Argentina "River Pleyt"inə rəqib olacaq.