Ukrayna "Şaxtyor"unun baş məşqçisi Mirça Luçeskunun Türkiyənin "Trabzonspor" klubu ilə imzalayacağı müqavilə müddəti məlum olub. Sportnet.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis Trabzon təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.
Klub prezidenti Muharrem Usta tezliklə tərəflərin bir araya gələcəyini deyib. Ancaq Luçesku məsələ ilə bağlı şərh verməkdən imtina edib.