1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Futbol üzrə dünya çempionatı Bakıda?!
FİFA prezidenti vəzifəsinə namizəd olan UEFA-nın baş katibi Canni İnfantino seçkiqabağı platformasını açıqlayıb. "Report"un "fifaforward2016.com"a istinadən verdiyi məlumata görə, sənəddə Azərbaycanı Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən 2 bənd də yer alıb.
İnfantino dünya çempionatının final mərhələsində iştirakçı komandaların sayını 32-dən 40-a çatdıracağını vəd edib. Bununla da ayrı-ayrı qitələr üzrə ayrılan kvota sayındakı narazılığa son qoyulacaq. Təşkilatçı ölkə seçimi isə şəffaf aparılacaq.
Baş katib, həmçinin, mundialın bir və ya iki ölkədə deyil, bütöv regionda təşkilinin mümkünlüyünə baxılacağını bəyan edib. Bu isə dünya çempionatı təşkil etməsi mümkünsüz görünən kiçik ölkələrin əl-qolunu açacaq. Daha öncə UEFA 2020-ci il Avropa çempionatının final mərhələsinin oyunlarının qitənin 13 şəhərində, o cümlədən, Bakıda keçirilməsinə qərar verib.
Qeyd edək ki, FİFA prezidenti vəzifəsinə Canni İnfantinodan əlavə, ali futbol qurumunun baş katibinin sabiq müavini Jerom Şampan, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman ibn İbrahim əl-Xəlifə və cənubi afrikalı biznesmen Tokio Seksvale də namizəddir. Seçki fevralın 26-da keçiriləcək.