1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Beşiktaş" erməni futbolçu aldı
Türkiyənin "Beşiktaş" klubu bir günə 3 oyunçu transfer edib. Sportnet.az-ın məlumatına görə, bunlar qapıçı Denis Boyko, dayaq müdafiəçisi Aleksis Delqado və Ermənistan yığmasının hücumçusu Araz Özbilizdir.
Boyko Ukrayna "Dnepr"indən, Delqado İspaniya "Xetafe"sindən, Özbiliz isə Rusiya "Spartak"ından alınıb. Klub prezidenti Fikrət Orman bu oyunçulardan sonuncusu ilə 4,5 illik müqavilə bağlanılacağını və daha sonra onun Avropa klubuna icarəyə veriləcəyini açıqlayıb. Özbilizin "Beşiktaş"a çox ucuz qiymətə transfer edildiyi müəyyənləşib. Hücumçu bu gün tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Araz Özbiliz 9 mart 1990-cı ildə İstanbulda doğulub. Onun valideynlərinin soyadı Zbilizyan olsa da, türkləşdirilərək, Özbiliz edilib. Elə ötən əsrin son onilliyində ailə Hollandiyaya köçüb. Özbiliz 2010 - 2012-ci illərdə "Ayaks"da forma geyindikdən sonra Rusiyaya üz tutaraq, bir il "Kuban"da, 2013-cü ildən isə "Spartak"da çıxış edib.