1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Namiq Ələsgərov: "Bu qədər azarkeş qarşısında oynamamışdım"
"Bilirsiniz ki, "Qəbələ" çempionatın ən yaxşı komandalarından biridir. Əvvəlcədən oyunun çətin keçəcəyini bilirdik və buna uyğun da hazırlaşmışdıq". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz”in yeni futbolçusu Namiq Ələsgərov klubun rəsmi saytına açıqlamasında deyib.
Azərbaycan Premyer Liqasının XIX turunda keçirilən "Qəbələ" ilə evdə keçirilmiş oyunla (3:0) bağlı fikirlərini bölüşən 21 yaşlı yarımmüdafiəçi bunları bildirib: "Matça yaxşı hazırlaşmışdıq və bu da nəticədə özünü əks etdirdi. Komandamız meydanda çox yaxşı mübarizə apardı. Çox istəkli idik və zəhmətimiz yerdə qalmadı. Qələbə qazana bildik".
Qış transfer pəncərəsində "Kəpəz"ə keçən Ələsgərov yeni komandasına uyğunlaşmaqdan söz açıb: "Komandaya gəldiyim az müddətdir. Yevlaxda təlim-məşq toplanışında iştirak etdim və tezliklə kollektivə uyğunlaşa bildim. Oyunda futbolçularla anlaşmada problem yaranmadı. Heyətdəki uşaqların bəzisi ilə əvvəllər bir yerdə oynamışıq. İstər klub, istərsə də yığma komandalar səviyyəsində. Bir-birimizi yaxşı tanıyırıq. Ona görə də oyunda onları başa düşməkdə çətinlik çəkmədim. Debüt matçında qol vurmağı çox istəyirdim. Yaranan vəziyyətdən istifadə edə bildiyim üçün sevinirəm. Gələcək oyunlarda da fərqlənməyə çalışacağam".
Ələsgərov "Qəbələ" ilə oyunda komandaya dəstək verən azarkeşlərə təşəkkürünü bildirib: "Məncə, qazandığımız qələbədə azarkeşlərin rolu, xidməti danılmazdır. Çoxdan idi ki, bu qədər azarkeş qarşısında oynamamışdım. Fanatlar həqiqətən də möhtəşəm idilər. Ümid edirəm ki, hər oyun belə olacaq və biz də onları qələbələrlə sevindirməyə çalışacağıq".