Martın 11-də keçiriləcək AFFA-nın növbəti Hesabat-Seçki Konfransına UEFA-nın baş katibi Teodor Teodoridis də qatılacaq. Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.
Konfransda milli assosiasiyanın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Bu, T.Teodoridisin son 5 ayda Bakıda qatılacağı ikinci əlamətdar tədbir olacaq. 2015-ci il oktyabrın 10-da o, Bakı Olimpiya Stadionunda ilk dəfə təşkil olunan rəsmi matçda iştirak edib. İtaliya yığması ilə keçirilmiş AVRO-2016-nın seçmə qrup matçında UEFA rəsmisi Rəşad Sadıqovu Azərbaycan milli komandasında 100-cü oyunu münasibətilə təbrik edib.
Qeyd edək ki, "Hilton" otelində keçiriləcək tədbir saat 11:00-da başlanacaq.