Futbol üzrə Azərbaycan milli komandası mayın 23-də Avstriyaya təlim-məşq toplanışına yollanacaq. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesi çərçivəsində keçiriləcək yoldaşlıq görüşündə rəqib Kanada yığması olacaq.
Görüş iyunun 3-də baş tutacaq. Toplanışa ertəsi gün yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan və Kanada yığmaları arasında yoldaşlıq görüşünün keçiriləcəyi barədə ilk xəbəri Kanada Futbol Federasiyası yayıb.













































































