Türkiyənin "Fənərbağça" klubunun braziliyalı futbolçusu Fernandao milliləşdiriləcək. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu proses yığmanın baş məşqçisi Fatih Terimin istəyilə aparılır.
Son anda hər hansı problem çıxmasa, 28 yaşlı hücumçu Türkiyə millisinin AVRO-2016-dan öncəki təlim-məşq toplanışına qatılacaq. Onun Fransada keçiriləcək çempionatda Ferhan Doğu adı ilə çıxış edəcəyi bildirilir.
Qeyd edək ki, vətəninda "Atletiko Parananse" klubunda çıxış etmiş Fernandao 2014-cü ildə icarə əsasında "Bursaspor"da forma geyinib. O, ötən ilin iyununda "Fənərbağça" ilə 4 illik müqavilə imzalayıb.