1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayev: "Müəyyən qədər bəxtimiz gətirmədi"
AFFA prezidenti Rövnəq Abdullayev 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının Azərbaycan - Şotlandiya oyunundan sonra jurnalisltərin suallarını cavablandırıb. Sportnet.az R.Abdullayevin fikirlərini təqdim edir
- 17 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatındakı son oyununda Şotlandiyanı 1:0 hesabı ilə məğlub etdi. Qarşılaşmadan razı qaldınız?
- Oyun ərzində hər şey yaxşı alındı. Gənclərimiz çox yaxşı oynadılar. Birinci oyunda komanda böyük hesabla uduzmuşdu. Amma həmin yenilgidən sonra komanda özündə güc tapdı. Belçikaya qarşı yaxşı oynadıq. Yekunda 1 xalla kifayətləndik. Bu gün isə 3 xala sahib çıxdıq. Avropa çempionatını komandamız 4 xalla başa vurdu. Bu heç də pis nəticə deyil. Nəzərə almaq lazımdır ki, Avropa çempionatında ən güclülər mübarizə aparır. Bu qələbə göstərdi ki, U-17 yığmamız düz yoldadır.
- Demək olar ki, komandamızın bəxti gətirmədi? Çünki ilk oyunda Portuqaliya ilə ilk görüşdə qarşılaşmasaydıq, bəlkə də millimiz qrupdan çıxa bilərdi.
- Razıyam, müəyyən qədər bəxtimiz gətirmədi. Portuqaliya ilə oyunda komandamıza stadiondakı atmosfer də müəyyən təsir göstərdi.
- 3 oyunun hansından daha çox zövq aldınız?
- Udduğumuz oyundan. Bu gün komandanı həqiqət çox bəyəndim. Düzdür, Belçikaya qarşı da yaxşı oynamışdıq. Amma bu gün qələbə qazandıq və 3 xal qazanmaq hər zaman xoşdur.
- 2020-ci ildə Avropa çempionatına ev sahibliyi edəcəyik. Həmin vaxta qədər güclü yığma formalaşdırmaq mümkün olacaq?
- Bakı qitə çempionatını qəbul edəcək 13 şəhərdən biridir. Biz də həmin yarışa qədər güclü komanda hazırlamalıyıq. Eləcə də Avropa çempionatına vəsiqə qazanmaq lazımdır. 2018-ci ildə dünya çempionatının seçmə mərhələ oyunlarından artıq bu prosesə start verilməlidi.
- U-17 yığmamızın baş məşqçisi Təbriz Həsənovun işindən razı qaldınız?
- Təbii ki. Onun işindən necə narazı qala bilərəm? Komandamız bu gün gözəl qələbə ilə bizi sevindirdi.