
"Biz neçə gündür öz üzərimizdə çalışırdıq. Hər gün artıraraq daha yaxşı vəziyyət olurduq. Düşünürəm ki, Avropa çempionu olmağa layiq idik. Ancaq bunu bacarmadıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri İspaniya yığmasının hücumçusu Yordi Mbula deyib.
O, Bakıdakı Avropa çempionatının final mərhələsində çıxışlarından razı qaldığını bildirib: "Gözlədiyimizdən daha yaxşı nəticə göstərdik, finaladək irəlilədik. Hətta baş mükafatı qazanmağa yaxın idik. Fikrimcə, finalda Portuqaliya ilə sonadək bərabar oyun idi. Penalti bir lotereyadır. Rəqib qalib oldu, təbrik edirəm. Məncə, ən yaxşı oyunumuz yarmfinalda Almaniya yığmasına qarşı idi. Turnirin ən güclü komandası kimi Portuqaliya yığmasını sayıram".