
"CBC Sport" telekenalı növbəti ilkə imza atıb. Sportnet.az-ın məlumatına görə, azərbaycanlı futbolsevərlər "Amerika Kuboku" turnirinin matçlarının oyunlarını bu kanal vasitəsilə canlı izləmək imkanına malik olacaqlar.
Okeanın o tayında yığmalar arasında əsas yarışın matçları iyunun 3-dən 26-dan ABŞ-da keçiriləcək. Bu, turnirin tarixində yubiley - 35-ci olacaq.
Yarışda Lionel Mesisnin kapitanı olduğu Argentina yığmasının və ulduz futbolçuların yer aldığı digər millilər işturak edəcəklər. Turnirin son qalibi Çili yığması olub.