2 futbolçu Azərbaycan milli komandasının Avstriyadakı təlim-məşq toplanışını tərk edib. Sportnet.az-ın məlumatına görə, bunlar Budaq Nəsirovla Vüqar Mustafayevdir.
Hər iki oyunçu bu gündən 21 yaşadək futbolçulardan Azərbaycan yığmasının Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışında iştirak edəcək.