Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryan Almaniyanın "Borussiya" klubu ilə müqavilə müddətini artırmaqdan imtina edib. məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi karyerasını Bundesliqa və ya İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Yerli mətbuatın iddiasına əsasən türk əsilli futbolçu Məsut Özilin çıxış etdiyi İngiltərənin "Arsenal" klubu Mxitaryanın transferində maraqlıdır. Bundan başqa Bundesliqada çıxış edən "Bavariya" da erməni futbolçunu heyətində görmək istəyir.
Qeyd edək ki, Mxitaryanın "Borussiya" ilə müqavilə müddəti 2016/2017 mövsümünün sonunda başa çatacaq.





































































