1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"a qol vuran futbolçu millidən kənarda qaldı
Şotlandiyanın "Seltik" klubunun futbolçusu Dedrik Boyata Fransada keçiriləcək Avropa çempionatında iştirak etməyəcək. Sportnet.az-ın məlumatına görə, Belçika yığmasının məşqçilər heyəti zədə səbəbindən 25 yaşlı futbolçunu qitə çempionatına aparmayacaq.
Müdafiəçi yığma komandanın məşqi zamanı zədələnib.
Qeyd edək ki, Dedrik Boyata Çempionlar Liqasının 2015/2016 mövsümünün III təsnifat mərhələsinin "Seltik"lə Şotlandiyada keçirilmiş ilk oyununda "Qarabağ"ın qapısına yol tapıb. Bakıda keçirilən cavab görüşündə qolsuz bərabərlik qeydə alındığından "Seltik" qitənin ən nüfuzlu klub turnirində iştirak hüququ qazanıb.