1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tural Cəlilov: "Xəzər Lənkəran"a qarşı haqsızlıq oldu" MÜSAHİBƏ
"Zirə" klubunun yeni transferi Tural Cəlilovun Sportnet.az-a müsahibəsi
- "Zirə"yə keçidin necə baş tutdu? Bununla bağlı fikirlərini bildirərdin...
- Keçidim "Xəzər Lənkəran" komandası fəaliyyətini dayandırandan sonra baş verdi. Qərara gəldim ki, başqa bir komandaya keçim.
- Fikrincə "Zirə" yeni mövsümdən də iddialı ola biləcək? Klub bir neçə aparıcı futbolçusu ilə yollarını ayırıb... Üstəlik transferində iddialı klubda oynamaq istəyin nə qədər rol oynadı?
- Bir neçə komandadan təkliflər vardı. "Zirə"nin təklifini dəyərləndirdim və üstünlüyü bu komandaya verdim. Özüm üçün uyğun bildiyimə görə, "Zirə"ni seçdim.
- Əsas heyətə düşmə şanslarını necə dəyərləndirirsən? Nəzərə alsaq ki, "Xəzər Lənkəran" son mövsümü autsayderlər sırasında keçirib...
- Heç kim hansısa komandanın əsas heyətində yerinin təmin olunduğunu deyə bilməz, bundan sığortalanmayıb. Hər şey oyunçunun özündən asılıdır.
- "Zirə"yə keçəndə sonuncu turda baş verənlərin təsirindən ayrılmışdın?
- Həmin hadisələr bir həftə, on günədək fikrimdən çıxmırdı. Necə deyim, konkret haqsızlıq idi. O an "Xəzər Lənkəran"a qarşı böyük haqsızlıq oldu. Həmin epizodda penalti yox idi.
- Bu epizoda görə özünü hardasa günahkar sayırsan?
- Özümü necə günahlandıra bilərəm? Bu birbaşa hakimin səhvidir.
- Xaqani Məmmədov əvvəl dedi penalti vardı, sonra dediklərini təkzib etdi. Əslində həmin epizodda nə baş vermişdi?
- Mən heç kimi vurmamışdım. Rəqib futbolçunun özü mənə toxundu və itələdi. Hakim də qapımıza penalti təyin etdi.
- Xaçmazda turnirdə iştirak etməyinizlə bağlı məlumat yayılıb...
- Bununa bağlı mənə zəng ediblər. Kimsə yazıb ki, mən oynamışam, dava salıb, davada iştirak edib. Amma belə şey olmayıb, mümkün deyil. Çünki həmin turnirdə oyuna baxmağa getmişdim.
- Vaquf Güləliyev də orada olub...
- Bəli, mənimlə oyuna baxmağa gəlmişdi.
- İzlədiyiniz həmin oyunda dava düşdü?
- Dava yox, oyun epizodunda olan yüngülvari mübahisə yarandı. Onu da ayırdılar, məsələ bağlandı. Elə də böyük bir şey olmadı.
- Davaya səbəb nə oldu? Peşəkar futbolçu kimi həmin epizodu necə şərh edərdin?
- Hakim Xaçmaz komandasının qapısına penalti təyin etdi. Halbuki həmin epizodda penaltidən söhbət gedə bilməzdi. Buna görə mübahisə yarandı. Tərəfləri ayırdılar, qurtardı getdi.
- Hakim kim idi: Tanıyırdın?
- Xeyr, həmin hakimi tanımıram.
- Yəni sənin heç bir iştirakın olmayıb, yəni söhbətə qarışmamısan?
- Mən orada öz uşaqlarımızı sakitləşdirirdim. Götürüb yazırlar ki, davada iştirak edib. Məni tanıyanlar bilir, elə şeylərdən uzaq biriyəm.
- Hər halda dava düşəndə özün də meydançaya girmisən...
- Kənd stadionlarında tamaşaçılar oyuna meydançanın kənarından baxırlar. Buna görə onlar da asanlıqla içəri girə bilirlər. Hadisə Yergüc kənd stadionunda baş verdi.
- İstirahətini başqa necə keçirmək fikrin var?
- İndi öz evimdəyəm. Hələ ki, buralardayam.
- Vaquf Güləliyev özünə komanda tapıb?
- Hələ ki tam bilinmir hara gedir. Hansı variant olduğunu bilmirəm. Sadəcə, özü mənə demişdi ki, lisenziya verilməyən komandalardan birinə keçə bilər.