İyunun 10-da start veriləcək AVRO-2016-ya böyük azarkeş marağı var. Sportnet.az-ın məlumatına görə, Fransada 1 ay keçiriləcək məsul turnirin final mərhələsinin oyunlarına biletlərin 99 faizdən çoxu satılıb.
Bu haqda yarışın direktoru Martin Kallen məlumat verib. Onun sözlərinə görə, satışda məhdud sayda matçlara çox az bilet qalıb: "Biletlərin 99 faizindən çoxu satılıb. Satışda 8 min bilet qalıb. Bu isə az sayda matçadır".
Xatırladaq ki, Avropa çempionatı 2 gün sonra Parisdə "Stad de Frans" stadionunda keçiriləcək Fransa - Rumıniya oyunu ilə start götürəcək.