Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması (U-19) belaruslu həmyaşıdları ilə ikinci yoldaşlıq görüşünü keçirib. Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda az öncə yekunlaşan matç Nazim Süleymanovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Oyunda hesabı 10-cu dəqiqədə futbolçumuz Murad Xaçayev açıb. Rəqib bundan 6 dəqiqə sonra Yevgeni Balla tarazılığı bərpa edib. Xaçayev 54-ci dəqiqədə həm dublunu rəsmiləşdirib, həm də qələbə topunu müəllifi olub.
Bunlar da U-19 yığmamız Belarusdan 2 gün öncə aldığı məğlubiyyətin əvəzini çıxıb. İyunun 8-də Bakı Olimpiya Stadionunda keçirilən həmin matç rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.