
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Argentina milli komandasındakı karyerasını başa vurub. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumçu qərarını Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra açıqlayıb.
O deyib: "Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu, mənim qərarımdır".
Qeyd edək ki, ABŞ-da keçirilmiş Amerika Kubokunun finalında Argentina Çiliyə penaltilər seriyasında uduzub - 2:4. Penaltilərdən birini Lionel Messi yerinə yetirə bilməyib.