19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, yığmamız iyulun 28-dən avqustun 10-dək Avstriyada təlim-məşq toplanışı keçəcək.
Heyətə 22 oyunçu dəvət olunub. Onlardan 6-sı millimizin legionerləridir. Yığmaya yeni cəlb olunan Ramis Springer Almaniyanın "Paderborn” klubunda çıxış edir.
Toplanışa dəvət alan futbolçular:
Ağaseyid Qasımov ("Qarabağ")
Nurlan Quluzadə ("Neftçi")
Fəhmin Muradbəyli ("Neftçi")
Mirkamil Həşimli ("Neftçi")
Yusup Xakimov ("Bakı")
Təyyar Məmmədov ("Bakı")
İlyas Səfərzadə ("Xəzər Lənkəran")
Elnur Cəfərov ("Xəzər Lənkəran")
Eltun Xudadatov ("Qəbələ")
Yusif Nəbiyev ("Qəbələ")
Bəhlul Mustafazadə ("Qəbələ")
Emin Zamanov ("Qəbələ")
Ülvi İbazadə ("İnter")
Mansur Nahavəndi ("İnter")
Əlibəy Məmmədli("Rəvan")
Budaq Nəsirov ("Araz-Naxçıvan")
Mahir Mədətov ("Lans", Fransa)
Peyman İsmayıllı ("Metallo Sport", Fransa)
Ruslan Qəribov ("FŞM Torpedo", Moskva)
Vadim Ağarəhimov ("Zenit", Rusiya)
Ramis Springer ("Paderborn, Almaniya)
Tolqa Şahin ("Kayzerslautern", Almaniya).