Yola salmaqda olduğumuz iyulun son həftəsi. Avrokuboklarda birdən-birə 2 təmsilçimizin səfər matçına şahidlik etdik. "Qarabağ"ın Çexiyada "Viktoriya", "Qəbələ"nin Fransada "Lill" ilə. Hər ikisi çətin idi. İstər Çempionlar Liqası olsun, istərsə də Avropa Liqasında III təsnifat mərhələsinin səfər sınaqları. Hər halda, qrupda oynamış komandaların qonağı idik.
Bəlkə də oyundan əvvəl minimal hesablı məğlubiyyətə, ən əsası, bunun qol vurmağımız şərti ilə olmasına razı idik. Ancaq oyun göstərdi ki, nə "Qarabağ", nə də "Qəbələ" məğlubiyyətə layiq idi. Əksinə, son 15 dəqiqədə meydanda say üstünlüyünə malik Qurban Qurbanovun komandası, fasiləyə hesabda irəlidə yollanan Roman Qriqorçukun yetirmələrinin matçı qlaib kimi başa vurmaq şansları vardı. Ancaq təəssüf ki, bundan istifadə edə bilmədik.
Oyunu kənarda qoysaq, səfərdəki bu nəticələri nəinki münasib, hətta qələbəyə bərabər heç-heçələr sayıram. Çünki bu bərabərliklər hər 2 turnirdə pley-off çıxmaq şanslrımızı çox artırır. Hər 2 təmsilçimiz buna istənilən hesablı qələbə qazanmaqla nail olacaqlar. Hətta səfərdə qol vurduğuna görə "Qarabağ"dan 1 addım öndə olan "Qəbələ"yə qolsuz bərabərlik də yetərlidir. Ancaq təbii ki, "qırmızı-qaralar" meydana bunun üçün yox, qələbə qazanmağa görə çıxacaqlar.
"Lill"lə "Viktoriya" Avropada nə qədər tanınan klublar olsa da, bu mərhələ üçün çox münasib rəqiblər olduğu görsəndi. Yəni püşkdən gileylənməyin yeri yoxdur, əksinə, razı qalmalıyıq. Səfərdə məğlub olmadığımızdan, baş sındırıb riyazi hesablamağa da gərək yoxdur ki, mərhələ keçmək üçün nə qədər qol vurmalıyıq, hansı hesab bizə sərf edir. Sadəcə, qələbə qazan, yetər.
Sevindirici haldır ki, Çexiya və Fransa kimi futbol ölkələrinin klubları artıq bizimlə hesablaşırlar, buna sadəcə, məcburdurlar. Artıq əvvəlki dövr deyil ki, klublarımız (elə milli komandamız da) fransızlar, çexlər tərəfindən səfərdə darmadağın olunsun, evdəki cavab matçları sadəcə, formallığa çevrilsin. Çexiya ilə avrokuboklarda ilk qarşılaşmamızda məhz "Qarabağ" ən böyükhesablı məğlubiyətilərinin birini almışdısa, 2 oyuna 8 cavabsız qolla uduzmuşdusa, indi bu ölkənin çempionu qapımıza yol tapa bilmir. Yaxud "Qarabağ"a qitəmiqyaslı turnirlərdə ən böyükhesablı məğlubiyyəti ("Monpelye", 0:6) yaşadan Fransa təmsilçisi olubsa, 2 oyuna 9 cavabsız qolla mərhələ keçməsiinə peşman edibsə, indi bu ölkənin təmsilçisinin Azərbaycan çempionatının bürünc mükafatçısı ilə ev oyununda məğlubiyyətdən xilas olmağa gücü çatır.
Bir sözlə, dövran dəyişib, artıq biz qapazaltı deyilik. Rəqib meydanında qazandığımız nəticələrin, bu, heç-heçə olsa belə, qədirni bilməyilik. Axı onlar yekun qələbəyə aparın yolun başlağıcıdır...
Mehman Süleymanov