Azərbaycan Premyer Liqasının VII turunda "Neftçi" ilə keçiriləcək oyun öncəsi "Kəpəz" ciddi itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, komandanın əsas oyunçularından olan Serjio Kosta sarı vərəqə limitini doldurub.
Bu səbəbdən braziliyalı futbolçu tarixi derbi çərçivəsində Bakıdakı səfər matçını buraxmaq məcburiyyətindədir.
Qeyd edək ki, cari mövsümün bütün qarşılaşmalarında start heyətində oyuna başlayan yarımmüdafiəçi ardıcıl dörd görüşdə cəzalanıb. O, III turda "İnter"lə səfər, IV turda "Zirə" ilə ev, V turda "Sumqayıt"la səfər və VI turda "Qarabağ"la ev oyununda sarı vərəqə alıb.