Azərbaycan Premyer Liqasının başa çatan birinci dövrəsində 28 oyun keçirilib. Sportnet.az-ın məlumatına görə, ilk 7 turda yalnız 1 matç – "Qəbələ” – "Sumqayıt” qarşılaşması təxirə salınsa da, sonradan oynayılıb. Bununla da ilk dövrə tam baş tutub.
28 oyunda qapılardan 72 top keçib. Bu da 1 matça orta hesabla 3 qoldan artıq deməkdir. Maraqlıdır ki, həm ilk, həm də son turda eyni şəkildə - 8 qol vurulub. Ən məhsuldar isə IV tur olub ki, bu da təsadüfi deyil. Çünki həmin turda yalnız 2 matçda – "Qarabağ” – AZAL (6:0) və "Neftçi” – "Qəbələ” (0:8) oyunlarda qapılardan 14 top keçirilib. Ən az isə II turda qol vurulub – 3. Azarkeşlər III turda 13, V turda 10, VI turda 11 qol izləyib.
72 qoldan çoxu – 40-i meydan sahiblərinin payına düşür. Qonaqlar 32 dəfə fərqləniblər. Ev sahibləri qələbə sayında da üstündür – 12. Qonaqlar 9 dəfə meydanı qalib tərk ediblər. 12 matç isə heç-heçə nəticələnib.
İlk dövrədə 10 cür hesab qeydə alınıb. Bunlardan ən populyarı 2:0-dir – 9 dəfə. 2:1 və 1:1-nin hər biri 4, 1:0, 0:0, 3:0 və 3:1-nin hər biri 2,. 2:2, 6:0 və 8:0-nin isə hər biri 1 dəfə olub.
Ən məhsuldar oyun "Neftçi” – "Qəbələ” qarşılaşmasıdır. Belə ki, qonalqar həmin oyunda 8 cavabsız qol vurmaqla rəqibinə milli çempionat tarixində ən ağır məğlubiyyəti yaşadıb. Ümumiyyətlə, böyükhesablı qələbə 4 dəfə olub. Bunlar "Qarabağ”la "Qəbələ”nin payına bərabər düşür. Özü də bu nəticələr eyni rəqiblər matçlara təsadüf edir. Qurban Qurbanovun komandası "Neftçi”ni "Əlincə Arena”da 3:0, "qırmızı-qaralar 8:0 hesabı ilə məğlub edib. "Qarabağ” AZAL-ı evdə 6:0, "Qəbələ” 3:0 hesabı ilə məğlub edib.