
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün son oyununu keçirin. Sportnet.az-ın məlumatına görə, rəqib Finlandiya yığması olacaq. Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda Helsinki şəhərindəki "Töölön Jalkapallostadion”da meydana çıxıb.
Matçda hesab açılmayıb. Bununla da millimiz seçmə mərhələni 9 xalla bitirərək tarixi nəticəyə imza atıb. Belə ki, U-21 yığmamız seçmə mərhələlər tarixində ən yaxşı nəticəsini - 9 xalı 15 il sonra təkrarlayıb.
Avropa çempionatı, seçmə mərhələ, IX tur
19:30. Finlandiya U-21 – Azərbaycan U-21 - 0:0
Baş hakim: Peter Kjaesgaard-Andersen
Baş hakimin köməkçiləri: Henrik Sonderby, Jakob Bille
Dördüncü hakim: Sandi Putros
UEFA nümayəndəsi: Tomas Karpavicius (Litva)
Hakim-inspektor: Albano Janku (Albaniya)
Helsinki. "Töölön Jalkapallostadion"
Qeyd edək ki, yığma keçirdiyi 8 oyunda 2 qələbə (Farer adaları, 1:0. Rusiya, 3:0) qazanıb və 2 dəfə (Rusiya, 2:2. Farer adaları, 1:1) heç-heçə əldə edib. Komanda 5 oyunda (Avstriya, 0:2; 0:7. Almaniya, 0:3; 1:3. Finlandiya, 0:1) məğlub olub.