Bu gün futbol üzrə Azərbaycan I Divizionunda VI tura start verilib. Sportnet.az-ın məlumatına görə, açılış matçları meydan sahibləri üçün uğurlu alınıb. Belə ki, qonaqlar hər 3 oyunda məğlub olub.
Mərkəzi oyunda Premyer Liqaya çıxmağa əsas namizədlərdən olan "Turan Tovuz"la "Səbail" üzləşib. Əsgər Abdullayevin komandası vacib qələbə qazanıb (2:1) və vahid lider kimi yüzfaizli nəticə göstərməkdə davam edir. "Şəmkir" bu hesabla "Bakılı"nı yenib və 2-ci pillədə olan "Səbail"ə çatıb. "Şərurspor" isə "Göyəzən"i darmadağın edib. Fərmayıl Əliyev bu oyunda poker edib.
8 oktyabr
"Turan Tovuz” - "Səbail” - 2:1
Səbail Bağırov, 8; Rəhman Musayev, 45 - Orxan Səfiyaroğlu, 79
"Şəmkir” - "Bakılı” - 2:1
Ruslan Voronsov, 36; Ture Morifere, 90 - Vurğun Həsənzadə, 43
"Şərurspor” - "Göyəzən” - 5:0
Fərmayıl Əliyev, 9, 45, 80, 87; Mehman Məmmədov, 53