Azərbaycan Premyer Liqasının təmsilçiləri üçün qış fasiləsi başa çatıb. Sportnet.az-ın məlumatına görə, güclülər dəstəsi klublarının əksəriyyəti hazırlıq prosesini ənənəvi olaraq Türkiyənin Antalya şəhərində keçirdilər.
Təbii ki, təlim-məşq toplanışında əsas məqsədlərdən biri yoxlama oyunları keçirmək idi. Bəs, görəsən bu sınaq matçları hansı komandalar üçün daha uğurlu oldu? Bununla bağlı araşdırma apardıq.
"Qarabağ” – 4 oyun, 3 qələbə, 1 məğlubiyyət (topların fərqi 6-3)
Premyer Liqamızın qış çempinu, son 3 mövsümün qalibi olan "Qarabağ” üçün yoxlama oyunları uğurlu alındı. Düzdür, Qurban Qurbanovun komandası məğlubiyyət acısı da daddı. Ancaq eyni gündə keçirdiyi 2 oyundan 1-də oldu. Özü də "Aturau”ya ikinci heyətlə. Əsas futbolçulardan ibarət komanda isə həmin gün "Termalika”dan üstün oldu. Ağdam klubu "Skenderbeu” və "Styaua”nı isə qol buraxmadan yendi. "Qarabağ”ın rəqibləri arasında ən inamlı qələbəni ən tanınmış komanda olan "Styaua” üzərində qazanması diqqət çəkir.
Çempionumuzun yeni transferlərindən "İnter”dən gələn millimizin hücumçusu Ağbala Ramazanovun 2 dəfə fərqlənməyi qeyd olunmalıdır. O, "Qarabağ”ın "vuran ayağı” olan cənubi amrekilaı legioneri Dino Ndlovu kimi yoxlama oyunlarında ən çox qol vuran oldu. Ramazanov kimi millimizin üzvü olan müdafiəçi Bədavi Hüseynov isə polşalılarla matçda əvvəl avtoqol etməsi, sonra rəqib qapısına yol tapması ilə yadda qaldı.
15 yanvar
"Qarabağ” – "Skenderbeu” (Albaniya) – 1:0
Qol: Ağabala Ramazanov
18 yanvar
"Qarabağ” – "Styaua” (Rumıniya) – 2:0
Qollar: Dino Ndlovu, Muarem Muarem
22 yanvar
"Qarabağ” – "Atırau” (Qazaxıstan) – 0:1
"Qarabağ” – "Termalika” (Polşa) – 3:2
Qollar: Ağabala Ramazanov, Dino Ndlovu, Bədavi Hüseynov
"Qəbələ” – 4 oyun: 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət (topların fərqi 4-3).
"Qarabağ”ın çempionatda ən yaxın izləyicisi olan "Qəbələ” da yoxlama oyunlarında müsbət saldoya malik olsa da, 1 oyun az qələbə qazandı. "Qırmızı-qaralar” da ağdamlılar kimi avtoqolla yadda qaldı. Ancaq 84-cü "fərqlənən" Elvin Camalov Bədavi Hüseynovdan fərqi özü də qol vuraraq "günahını yuya bilmədi”. Özü də "Qəbələ” "Partizani” ilə matçda hesabı açan tərəf olsa da, məhz Camalovun qolu ilə uduzdu.
Ancaq bu, yeganə məğlubiyyət idi və sonrakı 3 oyunun 2-də meydanı qalib tərk etmək mümkün oldu. Yeganə heç-heçənin qeydə alındığı "Ordabası” ilə oyunun 65-ci dəqiqəsində isə "Qəbələ”nin polşalı qapıçısı David Pietrzkieviç penaltini dəf etməklə məğlubiyyətə imkan verməyib. Roman Qriqorçukun komandasında da ən çox qol 2 dəfə fərqləndi. Bu, "Qəbələ”nin cari mövsümdə bombardirlərindən olan xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçdir. "Qırmızı-qaralar”ın yeni transferi Araz Abdullayev də qol hesabını aça bildi və "Şkendiya” ilə matçda qələbə topunun müəllifi oldu.
13 yanvar
"Qəbələ” – "Partizani” (Albaniya) – 1:2
Qol: Nika Kvekveskiri, 43
18 yanvar
"Qəbələ” – "Qaz Metan” (Rumıniya) – 1:0
Qol: Filip Ozobiç, 30
19 yanvar
"Qəbələ” – "Ordabası” – 0:0
24 yanvar
"Qəbələ” – "Şkendiya” – 2:1
Qollar: Filip Ozobiç, Araz Abdullayev
"İnter”: 4 oyun, 1 qələbə, 3 heç-heçə (topların fərqi 4-3)
Cari çempionatda ən çox heç-heçə edən (7 dəfə) "İnter” Antalyada da sülhserərliyini nümayiş etdirdi. Təsadüfi deyil ki, 4 oyunun 3-də bərabərlik qeydə alındı. "İnter”in yeganə qalibiyyətini qazandığı oyunda qələbə topunun müəllifi olan hücumçu Pərdis Fərzad Azad 2 dəfə fərlqənməklə yoxlama oyunlarının ən sərrast oyunçusu oldu.
15 yanvar
"İnter” – "Ordabası” (Qazaxıstan) – 0:0
18 yanvar
"İnter” – "Botoşani” (Rumıniya) – 1:1
Qol: Mirsahib Abbasov
19 yanvar
"İnter” – "İstiqlol” (Tacikistan) – 2:1
Qollar: Mirhüseyn Seyidov, Pərdis Fərcad-Azad
21 yanvar
"İnter” – "Orenburq” – 1:1
Qol: Pərdis Fərcad-Azad
"Sumqayıt”: 3 oyun, 3 məğlubiyyət (topların fərqi - 2-7)
"Sumqayıt” üçün yoxlama oyunları çox uğursuz alındı. Hər halda, Samir Abaosvun komandası hər 3 matçda meydanı məğlub tərk etdi. "Sumqayıt”ın təcrübəli qapıçısı Fərhad Vəliyev "Atırau” ilə oyunun 31-ci dəqiqəsində penaltini qaytarmağı bacardı.
13 yanvar
"Sumqayıt” – "Skenderbeu” (Albaniya) – 1:3
Qol: Mirabdulla Abbasov
16 yanvar
"Sumqayıt” – "Nasaf” (Özbəkistan) – 0:1
19 yanvar
"Neftçi” – "Atırau” – 1:3
Qol: Məhəmməd Qurbanov, 33-pen
"Zirə”: 2 oyun, 1 qələbə, 1 məğlubiyyət (topların fərqi 2-2)
"Zirə” ən az oyun keçirən komandalardan oldu. "Dordoy” üzərində əzmkar qələbə qazanan Ayxan Abasovun komandası Bolqarıstan "Lokomotiv”inə uduzdu. Özü də Qirna təmsilçisi ilə matçın 70-ci dəqiqəsində rəqiblə mübahisəyə görə Aleksandr Şemonayev birbaşa qırmızı vərəqə aldı və baş hakim hər 2 futbolçunu meydandan qovdu.
"Zirə” – "Dordoy” (Qırğızıstan) – 2:1
Qollar: Milan Duriç, Vüqar Mustafayev
22 yanvar
"Zirə” – "Lokomotiv” (Qorna) – 0:1
"Neftçi”: 5 oyun, 3 heç-heçə, 2 məğlubiyyət (topların fərqi 5-8)
"Neftçi” cari mövsümdə olduğu kimi, yoxlama oyunlarında uğursuzluğa düçar oldu. Hər halda, Elxan Abdullayevin komandası qış fasiləsində qələbə qazana bilməydi. Halbuki, aö-qaraar” çoxsaylı transferlərə imza atmaqla heyətini xeyli gücləndirib. Klublarımız arasında ilk yoxlama oyununu keçirən "Neftçi”ni "Sivasspor”la qolsuz bərabərliklə nəticələnən həmin matçda 50-ci dəqiqədə penaltini qaytaran qapıçısı Maksim Vaylo oldu. "Neftçi”də də bombardir 2 qol vuran futbolçusu – vitse-kapitanı Cavid İmamverdiyevdir.
8 yanvar
"Neftçi” – "Sivasspor” (Türkiyə) – 0:0
11 yanvar
"Neftçi” – "Nasaf” (Özbəkistan) – 0:1
15 yanvar
"Neftçi” – "Kukesi” (Albaniya) – 2:4
Qollar: Zdenek Folprext, Cavid İmamverdiyev
17 yanvar
"Neftçi” – "Tosno” (Rusiya) – 2:2
Qollar: Ramon Kardozo, Murad Ağayev
19 yanvar
"Neftçi” – "Konkordiya” (Rumıniya) – 1:1
Qol: Cavid İmamverdiyev
Bu 6 klubdan fərqıi "Kəpəz”lə AZAL nəinki Antalyaya, ümumiyyətlə, xaricə getməyərək vətəndə hazırlıq keçdi. Onların öz aralarındakə oyununda "təyyarəçilər” üstün oldu. Ümumiyyətlə, Tərlan Əhmədovun komandası keçidiyi hər 2 yoxlama oyunda qalib gələ bilərək yüzfaizli nəticə göstərdi. Düzdür, AZAL-ın məğlub etdiyi komandaların I divizion təmsilçlri olduğu da nəzərə almalıyıq. "Kəpəz” isə 1 gündə 2 oyun keçirməyi üstün tutdu. Özü də AZAL-ı çıxmaq şərtilə qalanları I divizion təmsilçisi idi. Şahin Diniyevin komandası onlara məğlub olmadı.
"Kəpəz”: 4 oyun, 3 qələbə, 1 məğlubiyyət (topların fərqi 5-4)
17 yanvar
"Kəpəz” – MOİK – 0:0
"Kəpəz” – AZAL – 1:2
Qol: Vüqar Bəybalayev - Röyal Nəcəfov, Sadio Tounkara
19 yanvar
"Kəpəz” – "Qaradağ-Lökbatan” – 2:1
Qollar: Tural Rzayev, Fərid Məmmədov
"Kəpəz” – "Zaqatala” – 2:1
Qollar: Tural Nərimanov (2)
AZAL: 2 oyun, 2 qələbə (topların fərqi - 5:1)
11 yanvar
AZAL – "Qaradağ Lökbatan” – 3:1
16 yanvar
AZAL – MOİK – 2:0
Qollar: Röyal Nəcəfov, Sadio Tounkara
Göründüyü kimi, yoxlama oyunlarına əsaəsn yeganə məğlubedilməz AZAL, ən zəif göstəriciyə imza atan "Sumqayıt"dır. "Neftçi" qeyri-rəsmi oyunlarda nəticəyə görə də autsayder oldu.
Mehman SÜLEYMANOV