Azərbaycan Beynəlxalq Bankı "İnter" futbol klubuna baş sponsorluqdan imtina edib. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a komandanın kapitanı Nizami Hacıyev məlumat verib. Hacıyev bildirib ki, qərar təqribən bir həftə öncə onlara açıqlanıb.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 2004-cü ildən "İnter" klubunun baş sponsorudur.