
Azərbaycan Premyer Liqasının XVI turunda Gəncədə "Zirə" ilə qarşılaşacaq "Kəpəz" bu gündən qarşıdakı matç üçün məşqlərə başlayacaq. Sportnet.az-ın məlumatına görə, "İnter"lə görüşdən sonra bərpaedici proseduradan (sauna, baseyn, masaj) keçən komanda dünən istirahət edib.
"Sarı-göylər" Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edəcək. Hazırlıq prosesi saat 11:00-da başlayacaq.
Gəncə klubu fevralın 1-i və 2-sində də eyni məkanda və eyni saatda məşqə çıxacaq.