1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Qovulduğum epizoda sadəcə, gülürəm" - MÜSAHİBƏ
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb
- Qeyd etmişdiniz ki, sizə qaçan yox, qol vurmağı bacaran hücumçuya ehtiyacınız var Subotiçi bu cür hücumçu saymaq olar?
- Bugünkü oyun göstərdi ki, bəli! Hücumçularımı tənqid etmişəm. Ancaq bununla yanaşı, onlara dəstəyimi də göstərirəm. Hücumçularla bu cür hallar olur. Vurmadıqca, tutulurlar. Ümid edirəm ki, bu uğursuzluq arxada qalacaq.
- Bu gedişlə "Qəbələ"nin heyətində ən çox qovulan siz olacaqsınız...
- Bu, xoş deyil, amma rekord rekorddu. O ki qaldı epizoda, buna sadəcə, gülürəm. Çünki adi qərara emosional reaksiya verdikdə, qonaq komandanın ehtiyat oyunçular skamyasından kimsə üstümə şığıyır, əlini gözümə soxur. Özü də həmin adam heç baş məşqçi də deyil. "Neftçi"nin baş məşqçisi Elxan Abdullayevə böyük hörmətim var. Hadisə isə bizim ev sahibi olduğumuz oyunda baş verir. Nəticədə məni qovurlar.
- Qol ofsayddan vuruldu. Bunu şərh etməyinizi istəyərdik...
- Mənə bu barədə məlumat verdilər. Epizodun təkrarına baxmaq lazımdır. Ancaq hakim köməkliyi ilə xal və xallar mənə lazım deyil. Sadəcə, bizə qarşı o qədər ədalətsizliklər olur ki... İstəmirəm, nə bizə kömək etsinlər, nə də rəqiblərimiz hakim köməkliyi ilə xal ehtiyatlarını artırsın. Mübarizənin şəffaf keçməsini arzulayıram.