1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rusiyada azərbaycanlı futbolçunun xatirə turniri keçiriləcək
Rusiyanın Tomsk şəhərində azərbaycanlı futbolçu Arif Abbasovun xatirəsinə həsr olunmuş ənənəvi qış turniri keçiriləcək.
Sportnet.az niatomsk.ru saytına istinadən xəbər verir ki, yarışın ilk oyunları dekabrın 9-da "Motor” stadionunda baş tutacaq.
Turnir 7 liqadan ibarət olacaq: Vilayət, kütləvi, qadın, yeniyetmə, məktəbli, veteranlar və superliqa. Artıq yarışda iştirak etmək üçün 100-dən çox komanda müraciət edib. Oyunlar 2018-ci ilin martına qədər Tomskdakı müxtəlif stadionlarda keçiriləcək.
Qeyd edək ki, Arif Mikayıl oğlu Abbasov 23 iyul 1945-ci ildə Bakıda doğulub. Azərbaycan futbolunun yetirməsi 1964 – 1974-cü ildə Tomsk şəhərinin müxtəlif komandalarında çıxış edib. Həmçinin, o, Tomsk Dövlət Pedeqoji İnstitutunun Bədən tərbiyəsi fakültəsini bitirib. Futbolçu karyerasını başa vurduqdan sonra hakimliyə başlayan Abbasov Rusiya çempionatının oyunlarına hakim-inspektor qismində təyinat almaqla yanaşı, Tomsk Futbol Federasiyasına rəhbərlik edib. O, 14 iyun 2009-cu ildə hakim-inspektor qismində təyinat aldığı II divizionun "Okean” – "Smena” görüşündən öncə infarktdan dünyasını dəyişib. Abbasov Rusiyada futbol üzrə qış turnirinin əsas təşkilatçılarından biri olub.