
İngiltərə Premyer Liqasının 22-ci turunda London derbisi baş tutub. Sportnet.az-ın məlumatına görə, "Arsenal" klubu doğma azarkeşlər önündə "Çelsi" ilə üz-üzə gəlib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Matçda ilk qolu meydan sahibləri vurub. Görüşün 63-cü dəqiqəsində Cek Uilşir hesabı açıb. Qonaqların bu qola cavabı 4 dəqiqə sonra gəlib.
Eden Azar 67-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı bərabərləşdirib. "Çelsi"nın futbolçusu Markos Alonso matçın 84-cü dəqiqəsində komandasını hesabda önə çıxardıb. Qarşılaşmaya artırılmış sonuncu dəqiqədə isə Hektor Bellerin "Arsenal"ı məğlubiyyətdən xilas edib.