1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Keşlə"nin sabiq futbolçusu apellyasiya verdi
Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.
Sportnet.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində artıq apellyasiya şikayəti araşdırılmağa başlayınılıb.
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.
Qeyd edək ki, həmin şəxslər Bakıda İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyevə qarşı quldurluq ediblər.
Məhkəmə istintaqı dövründə 3 nəfərdən yalnız M.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilmişdi. O.Atayev və M.Məmmədov barəsində məhkəmə istintaq dövründə həbs qətimkan tədbiri seçilsə də, onlar sonradan azadlığa buraxılıblar.
Təqsirləndirilən şəxslərdən M.Məmmədov futbolçudur. O, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və paytaxt Bakının "Keşlə" (keçmiş "İnter") klubunun azyaşlılardan ibarət heyətinin üzvü olub.
Məlum olub ki, saxlanılanlardan M.Məmmədov M.Məhərrəmovun qaynıdır. M.Məhərrəmov saxlanılarkən cəmi 17 gün əvvəl toyu olubmuş.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalında həbs ediliblər. O.Atayev, M.Məmmədov isə 4 il azadlıqdan məhrum olunub ("Report").