1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yuri Maksimov: "Podio barədə heç nə deməyəcəyəm"
"Hər iki komanda qələbə qazanmaq istəyirdi. "Səbail”dən fərqli oyun gözləyirdik. Ancaq rəqib 5 müdafiəçi ilə çıxış etdi. Onların arxa xəttini yarmaq çox çətin idi. Buna görə, mərkəzdə daha bir oyunçuya şans verdim. Səhvimizdən qol buraxdıq. Oyunçu dəyişikliyimiz öz bəhrəsini verdi və nəticədə hesabı bərabərləşdirə bildik. Rəqibin heyətində kifayət qədər yaxşı futbolçular var. Bundan sonra qarşıdakı oyunlara daha yaxşı hazırlaşmağa çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Yuri Maksimov evdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Bu gün Azərbaycan çempionatında debüt etdiniz. Topaz Premyer Liqası barədə təəssüratlarınız maraqlıdır...
- Güclü çempionatdır. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşmış komandaların bu cür mübarizə aparmaları məni yaxşı mənada təəccübləndirdi. Bəzi futbolçularımız düşərgəyə bir qədər gec qoşuldular. Buna görə, komandada qarşılıqlı anlaşma bir qədər aşağı səviyyədədir. Vaxt keçdikcə, bu problem də aradan qalxacaq.
- Yeni legionerlərin oyunundan razı qaldınız?
- Vaxt azlığı var idi. Yeni futbolçuların heyətə cəlb edilməsini videomateriallara baxaraq etdik. Bu da, istənilən effekti vermir. Bəzi oyunçular ümid verir.
- "Keşlə" Antlayada təbii meydanda hazırlıq keçdi. Burda isə komanda ev oyunlarını süni örtükdə keçirəcək. Buna münasbiətiniz necədi?
- Valeri Lobanovski bizə süni örtükdə oynamağı qadağa qoymuşdu. Ancaq təbii örtükdən süni örtüyə keçməkdə elə də problem yoxdur.
- Yeni transfer Pablo Padionun adı bu oyunun iştirak ərizəsinə salınmamışdı...
- O, Antalyada toplanışında "Rabotniçki” ilə oyunda zədələnmişdi. Toplanışın böyük hissəsində zədəli oldu. Bu gün də buna görə iştirak ərizəsinə daxil edilmədi.
- Podionun oyunundan razı qalmadığınız deyilir...
- Bu suala cavab verməyəcəyəm.