1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"-"Zirə": 13-cü duel
Bu həftə Topaz Premyer Liqasında XVI turun oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşması Qəbələdə baş tutacaq. Turnir cədvəlinin ilk "üçlüy”ündə qərarlaşan "Qəbələ” və "Zirə” mövsümdə 3-cü dəfə üz-üzə gələcək.
Bu matç "qırmızı-qaralar”ın 2018-ci ildəki ilk ev oyunu olacaq.
İki komanda arasında duellərə gəlincə, ilk dəfə 2015-ci ildə qarşılaşan rəqiblər indiyədək 12 dəfə münasibətlərini aydınlaşdırıb. Həmin qarşılaşmalarda "Qəbələ” daha çox – 5 qələbə qazanıb. 4 görüşdə qalib müəyyənləşməyibsə, 3 dəfə "Zirə” qalib gəlib. 30 qolun vurulduğu matçlarda daha məhsuldar olan "qırmızı-qaralar” 19, rəqibi 11 dəfə fərqlənib.
Komandanın qollarını 12 futbolçu rəqib qapısından keçirib. Bu duellərdə ən məhsuldar oyunçumuz Aleksey Qay 4, Ermin Zets 3, Teo Uiks və Filip Ozobiç isə hərəyə 2 qola sevinib. Ümumiyyətlə son 10 matçda "Qəbələ” meydanı qol vurmadan tərk etməyib.
Keçirilən 12 oyundan 10-u çempionat, 2-si kubok çərçivəsində baş tutub. 4 heç-heçənin qeydə alındığı Premyer Liqada komandalar hərəyə 3 qələbə qazanıb. Top fərqində üstün olan "Qəbələ” 12 qol vurub, 9-nu buraxıb. "Zirə”ni ümumilikdə 7-ci dəfə qəbul edəcək "qırmızı-qaralar” öz meydanında 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə uduzub. 9 top vuran futbolçularımız 5 qol buraxıb.
Xatırladaq ki, "Qəbələ” - "Zirə” oyunu fevralın 17-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.