1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "Təklifim var idi, gedə bilərdim"
"Qış fasiləsində təklifim var idi. Başqa yerə gedə bilərdim".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Neftçi"ni 2:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XVI tur matçından sonra CBC Sport-a açıqlamasında deyib. 40 yaşlı mütəxəssis bildirib ki, komanda üzvləri ilə söhbətdən sonra qalmağa məcbur olub: "Çünki futbolçuların sənə bel bağladıqlarını, səndən nə isə umduqlarını, nə isə gözlədiklərini bildikdən sonra onları atıb getmək hardasa düzgün olmazdı. Mövsümün sonunadək "Sumqayıt"dayam. Bura mənim doğma şəhərimdir. Komandada bütün bölgələrdən olan futbolçular cəmləşib. Əsas odur ki, Azərbaycan balalarından yığılmış komandayıq. Onlarla birgə çalışacağıq ki, Sumqayıtı layiqincə təmsil edək".
Qeyd edək ki, Samir Abasov 2015-ci il oktyabrın 8-dən "Sumqayıt"da baş məşqçi vəzifəsində çalışır.